“Qalatasaray” “Fənərbaxça”nı səfərdə 3:1 məğlub edib – VİDEObackend

“Qalatasaray” “Fənərbaxça”nı səfərdə 3:1 məğlub edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Türkiyə Super Liqasında “Qalatasaray” səfərdə “Fənərbaxça” ilə qarşılaşıb.

NOCOMMENT.az Apasport.az-a istinadən xəbər verir ki, VI turda baş tutan oyun Atilla Karaoğlan tərəfindən idarə olunub.

Bakı vaxtı ilə saat 21:00-da “Ülker” stadionunda başlayan İstanbul derbisi Super Liqa tarixində 135-ci dəfə keçirilib.

İndiyə qədər baş tutan görüşlərin 53-ündə “Fənərbaxça”, 37-də “Qalatasaray” qələbə qazanıb, 44 oyun isə heç-heçə nəticələnib.

Qarşılaşma qonaqların üstünlüyü ilə başlayıb. Erkən qollar vuran “Cimbom” ilk hissəni öndə tamamlayıb. “Sarı-qırmızılar” ikinci yarıda daha bir dəfə fərqlənib. Meydan sahiblərinin gücü isə yalnız təsəlli qoluna çatıb – 1:3.

Hazırda “Qalatasaray” 18 xalla turnir cədvəlinə başçılıq edir, Joze Mourinyonun komandası isə 13 xalla ikinci yerdədir.

21 sentyabr

Türkiyə Super Liqası

21:00. “Fənərbaxça” – “Qalatasaray” 1:3
Qollar: Edin Dzeko, 63 – Lukas Torreyra, 21, Dris Mertens, 28, Qabriel Sara, 60