Qalmaqal: O deputatlar Mətbuat Şurasına seçilmək üçün dəridən-qabıqdan çıxırdılarbackend

Qalmaqal: O deputatlar Mətbuat Şurasına seçilmək üçün dəridən-qabıqdan çıxırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi ki, belədir, daha bir səsli düşüncəmi paylaşıram. Mətbuat Şurasının qurucularındanam. Mümkün olduqca bu qurumun uğurlarına töhvə verməyə çalışmışam. Bundan sonra da çalışacağam. Lakin anlaşılan odur ki, bir balaca yel əsən kimi bəzi dostlarımız qapını arxadan örtüb aradan çıxmağa üstünlük verirlər”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət deyib.

O qeyd edib ki, ölkədə ictimai-siyasi proseslər fonunda Mətbuat Şurası da ciddi zədə alıb: “Hətta elə bir həddə ki, İdarə Heyətinin üzvlərinin bəziləri, ümumiyyətlə, qurumla əlaqəni kəsiblər. Amaşovun yerinə mən olsaydım çoxdan onların məsuliyyət məsələsini müzakirəyə çıxarmışdım.

Halbuki o adamlar – aralarında hətta deputatlar da var – bir vaxtlar MŞ İdarə Heyətinə seçilmək üçün dəridən-qabıqdan çıxırdılar. Kimlərə daha müraciət etmirdilər ki? Təki adları siyahılara düşsün.

Düşdü də. Lakin indi həmin adamların onların adını siyahılara salanlara arxa çevirməsi nədir? Üstəlik də MŞ-nin özünə belə barmaqarası baxırlar. Bu nə səmimiyyətsizlik? Əgər iş elədirsə – MŞ ilə bundan sonra yola davam etməyi özünüzə sığışdırmırsınızsa, lütfən, bunu istefa verərək gerçəkləşdirin. Nə çətin məsələdir ki?

Şəxsən mən günün birində MŞ ilə bağlı hansısa rahatsızlıq yaşasam, tərəddüdə düşsəm, dərhal istefa verəcəm. Özü də bunun səbəbini cəmiyyətə açıqlamaqla. Nə çətin işdir ki? Nə yardan doyursunuz, nə də əldən qoyursunuz. Bir ayağınız sosializmdə, digər ayağınız da kommunizmdə nə vaxta kimi qalacaqsınız? MŞ sizin düşündüyünüz kimi qorxulu qurum deyil axı. Dövlətə, Prezidentə münasibətində də hər hansı dəyişiklik yoxdur. Yəni sizin rahatsız olmağınız üçün heç bir səbəbi olmayan təşkilatdır. Bununla belə, əgər rahatsız olursunuzsa, istefa verəcək ürəyiniz də olsun”.