İyunun 12-də keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının İrəvanın Vaq-ramyan prospektindəki mitinqində iştirak edən 12 nəfərə qarşı cinayət işi açılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.
Bildirilib ki, onlardan 8 nəfəri barəsində həbs, 4 nəfərin isə ev həbsi ilə bağlı qətimkan tədbiri seçilib. Bir nəfər isə paytaxt ərazisini tərk etməmək şərti ilə sərbəst buraxılıb. Əməliyyat-istintaq tədbirləri zamanı bu şəxslərin həmin aksiya zamanı kütləvi iğtişaşlar və xuliqanlıq hərəkətləri törətdiyi müəyyən olunub.
Məlumatda həmçinin adı açıqlanmayan bir nəfərin axtarışa verildiyi də qeyd edilib.