Qaltsyanın iddiaları cəfəngiyatdır- Politoloqbackend

Qaltsyanın iddiaları cəfəngiyatdır- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Ermənistanda hər yerindən durub danışanın fikirlərinin təsiri altına düşməməliyik. David Qaltsyan şəxs elə insanlardan biridir. Onun Ermənistan ictimai-siyasi həyatında hansısa önəmli bir rolu yoxdur”.

Bunu NOCOMMENT.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloqun sözərinə görə Qaltsyanın iddialarına gəldikdə bunlar başdan-başa cəfəngiyat olan açıqlamadır, həmin iddialar əsassızdır. “Azərbaycan nə üçün o humanitar yardımın qarşısını almalıdır? Nə üçün Azərbaycan əleyhinə təbliğatın aparıldığı bir vaxtda belə bir işə qol qoymalıdır? Bu baxımdan bu tamamilə absurd və Ermənistanda bütün hər şeydə Azərbaycanı günahlandırmaq cəhdlərinə və Ermənistanın bütün cinayət əməllərinə, o cümlədən Qarabağdakı xunta rejiminə bəraət qazandırmaqdan başqa bir şey deyil. Yəni bu sırf bir bəraət məsələsidir. Ermənistanın Azərbaycana qarşı ərazi bütövlüyü, sərhədlərdəki təxribatlarını geri planda buraxmaq və Azərbaycanı aqressiv bir formada təqdim etmək niyyətləri güdən açıqlamadır”.

O. Qasımov sonda qeyd edib ki, Erməni tərəfinin bu cür açıqlamaları Azərbaycana qarşı Ermənistanın sülhpərvər olduğunu nümayiş etdirmək və Azərbaycanın aqressiv və sülh istəməyən tərəf kimi çalışmaq cəhdləri kimi dəyərləndirilməlidir.