QANUN TƏSDİQLƏNDİ – İsrailə fasiləsiz silah tədarükü…backend

QANUN TƏSDİQLƏNDİ – İsrailə fasiləsiz silah tədarükü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Co Baydenin administrasiyasından İsrailə fasiləsiz silah tədarükünü təmin etməyi tələb edən qanun layihəsini təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, sənədin lehinə 224 konqresmen çıxış edib, 187 nəfər isə əleyhinə səs verib.

Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkə ABŞ-nin köməyi olmadan Qəzzada qalib gələ bilər.

Xatirladaq ki, Ağ Ev qeyd etmişdi ki, ABŞ Rəfahın işğalı halında İsrailə bir sıra silahlar verməyəcək.