İspaniyada 70 yaşlı qapıçı Mateos Qonzales tarixi rekorda hazırlaşır.
NOCOMMENT.az xəbər verir ki, “Kolunqa” klubu bazar günü “Praviano”ya qarşı keçiriləcək matçda Mateos Qonzalesi meydana buraxmağı planlaşdırır. Bu, baş tutsa, o, ölkə tarixində rəsmi oyunda çıxış edən ən yaşlı futbolçu olacaq.
Qeyd edək ki, klub bu addımı uzun illərdən sonra komandaya məşqlərdə kömək edən futbolçuya ehtiram əlaməti kimi qiymətləndirir.
Xatırladaq ki, daha öncə “Turon”, “Kaudal” və “Santyaqo de Aller” kimi klubların şərəfini qorumuş Mateos 43 yaşında rəsmi yarışlarla vidalaşıb./qol.az/










