Qaqauziyanın lideri Rusiyadan güzəştli tariflə qaz istəyibbackend

Qaqauziyanın lideri Rusiyadan güzəştli tariflə qaz istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın tərkibindəki Qaqauziya muxtariyyətinin prezidenti Yevgeniya Qutsul “Qazprom”dan endirimli tariflə birbaşa qaz tədarükü tələbi ilə Rusiyaya müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sputnik Moldova” məlumat yayıb.

“Biz onlarla Qaqauziya üçün xüsusi tarifin ölçüsünü müzakirə edirik. Bura qazın necə veriləcəyi, hüquqi və praktiki təfərrüatlar daxildir. Tam anlaşma və dəstək var”, – deyə Qutsul brifinq zamanı bildirib.