“Qarabağ” bu transfer üçün milyonlarla puldan İMTİNA EDƏCƏK?backend

“Qarabağ” bu transfer üçün milyonlarla puldan İMTİNA EDƏCƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beşiktaş” növbəti mövsüm üçün transfer çalışmalarına başlayıb.

NOCOMMENT.az sportinfo.az-a istinadən xəbər verir ki, Cari mövsümdə çempionluq yarışını erkən tərk edən “Qara Qartal” iddialı heyət qurmaq niyyətindədir.

Bu məqsədlə klubun futbol direktoru Samet Aybaba xaricdə bir çox matçı izləyərək, futbolçu seçir.

Klub rəsmisi Avropa Liqasının “Bayer” (Leverkuzen) – “Qarabağ” matçını canlı izləyib.

“Fotomaç”ın məlumatına görə, Samet Aybabanın ən çox bəyəndiyi futbolçu “Qarabağ”ın üzvü Juninyo olub. Məlumata görə, İstanbul klubu “Bayer”lə oyunlarda 2 qol vuran braziliyalının trasnferi üçün artıq hərəkətə keçib.

Bildirilir ki, Samet Aybaba rəhbərliyə təqdim etdiyi hesabatda Juninyo üçün “Çoxşaxəli oyunçudur, onu heyətimizə qatmaq bizə böyük güc verəcək” yazıb. Bu hesabatdan sonra “Beşiktaş” rəhbərliyi “Qarabağ”la ilkin danışıqlar aparıb.

Məlumata görə, Ağdam klubu Juninyo üçün 8 milyon avroluq transfer haqqı tələb edib. “Fotomaç”ın məlumatına görə, “Qarabağ” danışıqlar zamanı bu məbləğdə güzəştə gedə bilər.