“Xəzər Lənkəran” yenidən geri qayıtsa…” – Deputatdan SƏMİMİ SÖZLƏRbackend

“Xəzər Lənkəran” yenidən geri qayıtsa…” – Deputatdan SƏMİMİ SÖZLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Xəzər Lənkəran» yenidən geri qayıtsa, çox yaxşı olar».

NOCOMMENT.az sportinfo.az-a istinadən xəbər verir ki, bu fikirlər millət vəkili Aqil Abbasa məxsusdur.

Milli Məclisin deputatı 2016-cı ildə respublikanın futbol səhnəsindən geri çəkilmiş klubun fəaliyyətini bərpa edəcəyit yönündə yayılan xəbərlərə sevincək reaksiya göstərib.

O bildirib ki, cənub təmsilçisinin dönüşü bu sahəyə marağı xeyli artıracaq:

«Xəzər Lənkəran» çempionata marağı artıracaq. Lənkəranda 15 minlik stadion tikilib.

Mən bir neçə dəfə «Qarabağ»ın oradakı oyunlarını canlı izləmişəm. Hər dəfə 20 min nəfərə yaxın azarkeş gəlirdi.

Qəbələdə də klub var, bilirsiz. «Qəbələ»nin stadionu düz mərkəzdə yerləşir. Yanında da dörd gözəl meydança.

Ancaq bu rayonda futbolun ənənəsi olmayıb deyə, komanda oyunlarını əsasən boş tribunalar önündə keçirir. Futbola maraq az olduğundan, stadion da çox vaxt dolmur».