Qarabağ erməniləri Azərbaycan ordusunda xidmət haqda düşünsələr yaxşı olar…backend

Qarabağ erməniləri Azərbaycan ordusunda xidmət haqda düşünsələr yaxşı olar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vitali Balasanyan revanşa susayan ermənilərin hissləri üzərində oynayır, lakin onların sayı getdikcə azalır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri millətlərarası münaqişələr üzrə rusiyalı tanınmış ekspert Yevgeni Mixaylov Vesti.az-a açıqlamsında “dqr”in oyuncaq “təhlükəsizlik şurasının katibi”, terrorçu-quldur Vitali Balasanyanın Dağlıq Qarabağda “könüllülər ordusu” yaratmaq və “dqr”i keçmiş DQMV-in inzibati sərhədlərinə qaytarmaqla bağlı absurd bəyanatını şərh edərkən deyib.

“Balasanyanın bölgə ərazisində hansısa hərbi birləşmə yaratmaq barədə danışmağa heç bir haqqı yoxdur. Qarabağ Azərbaycan ərazisi statusuna malikdir və istənilən bu cür ritorika beynəlxalq hüquqa əsasən, qanunsuzdur. Bundansa, onlar yaxşı olardı ki, Qarabağ ermənilərinin Azərbaycana və onun silahlı qüvvələrinin tərkibində necə xidmət edəcəyi barədə düşünəydilər, çünki başqa seçimləri prinsip etibarilə yoxdur. Qarabağ erməniləri artıq anlamalıdırlar ki, əvvəllər baş verənlərin hamısı keçmişdə qalıb və mövcud gerçəkliklərdə intiqam almaq cəhdləri faydasızdır. Faydalı olan isə məhv edilənləri bərpa etmək, Azərbaycan daxilində yaxşı münasibətlər qurmaq və imtiyazlar əldə eləmək üçün real addımlar atmaqdır”, – deyə konfliktoloq vurğulayıb.

Onun sözlərinə görə, bu gün Qarabağ ermənilərinə hərbi hissələri komplektləşdirmək baxımından kişi potensialı çatışmır: “Bununla yanaşı, ərazidə bundan sonra var olmağın mənasızlığının dərk edən əhalinin Qarabağdan köçü də güclənib. Hansı ərazi ki, doğma Azərbaycanının ağuşuna tam qayıtmaq istisna olmaqla, heç vaxt özünə qazana əldə edə bilməz”.

Rusiyalı ekspertin ehtimalına görə, nəzəri cəhətcə qanunsuz Qarabağ “ordusu” başqa ölkələrin qanunsuz hərbi birləşmələrinin muzdluları hesabına qurula bilər, ancaq muzdlulara çox pul ödəməli olacaqlar. “Üstəlik, onların Qarabağ ərazilərinə keçməsi məsələsi var. Bu isə həm Azərbaycan, həm də və Rusiya sülhməramlıları tərəfindən nəzarətin güclənməsi səbəbindən getdikcə daha problemli olmaqdadır. Əgər gələcək haqqında düşünmək istəmirlərsə, qoy xəyallarla yaşasınlar” – Mixaylov bildirib.

Balasanyanın uydurma “artsax”ın “sərhədlərini” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərinə qaytarılacağı ilə bağlı sərsəmləməsinə gəlincə, Mixaylov bunun da mümkün olmadığını vurğulayb.

“V.Balasanyan sadəcə, intiqam almaq istəyənlərin hissləri ilə oynayır, lakin onların sayı get-gedə azalır. Özünü hər yerdə göstərın iflas perspektiv üçün heç bir şans vermir. Belə şans yalnız bir halda ortaya çıxacaq – hərbi əməliyyatların sona çatması barədə Moskva razılaşması nəticəsində imzalanan müqavilələrin şərtlərində nəzərdə tutulmayan qalır torpaqların da Azərbaycan tərkibinə tam daxil olduğu zaman. Mənim zənnimcə, Balasanyan, ümumiyyətlə ciddiyə alınası vacib bir fiqur deyil. Daha praqmatik siyasətçilərin zamanı gəlir”, – deyə politoloq sonda əlavə edib.