“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdibackend

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

NOCOMMENT-in məlumatına görə, Ağdam təmsilçisi Makedoniya vitse-çempionu “Sileks” ilə üz-üzə gələcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda püşkün nəticəsinə əsasən matçı evdə keçirəcək.

Qeyd edək ki, qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarətdir. Birinci təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qalib komanda Çempionlar Liqasında, məğlub isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək.