“Qarabağ”ın rəqibi bu 5 komandadan biri olacaqbackend

“Qarabağ”ın rəqibi bu 5 komandadan biri olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.

NOCOMMENT.az xəbər verir ki, UEFA-nın rəsmi saytı sabah keçiriləcək püşkatma ərəfəsində “səpələnmişlər” səbətində olan Azərbaycan çempionunun rəqiblərinin “səpəIənməmişlər” səbətində olan rəqiblərinin konkret siyahısını təqdim edib.

 

Beləliklə, ağdamlıların rəqibi bu 5 komandadan biri olacaq:

“Jrinski” (Bosniya və Herseqovina)
“Lex” (Polşa)
“Hibernians” (Malta)
“Şkupi” (Şimali Makedoniya)
“Dinamo” (Batumi, Gürcüstan)

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları 5-6 və 12-13 iyulda keçiriləcək. Püşkatma mərasimi isə sabah, Bakı vaxtı ilə 14:00-da başlayacaq.