“Qarabağ”ın rəqibində ciddi itkibackend

“Qarabağ”ın rəqibində ciddi itki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İtaliyanın “Napoli” klubu ciddi itki ilə üzləşib.

NOCOMMENT.az Teleqraf-a istinadən xəbər verir ki, Neapol təmsilçisinin ulduz futbolçusu Kevin De Bruyne sıradan çıxıb.

Belçikalı yarımmüdafiəçi A Seriyasının 8-ci turunda evdə “İnter”i 3:1 hesabı ilə məğlub etdikləri matçda zədələnib. O, 33-cü dəqiqədə qola çevirdiyi penalti zərbəsi zamanı baldır nahiyəsindən xəsarət alıb.

Qeyd edək ki, bu qələbə ilə xallarını 18-ə çatdıran Antonio Kontenin rəhbərlik etdiyi komanda liderliyə yüksəlib.

“Napoli” “Qarabağ”ı noyabrın 26-da qəbul edəcək.