Qarabağda çoxlu sayda partlayıcı qurğu aşkarlandı – RƏSMİbackend

Qarabağda çoxlu sayda partlayıcı qurğu aşkarlandı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ bölgəsində aşkarlanan mina bir qismi Ermənistan istehsalı olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, aşkar edilmiş anbarlarda mövcud minaların bir qisminin 2021-ci ildə Ermənistanda istehsal olunduğu, əldəqayırma partlayıcı qurğuların isə artilleriya mərmilərindən kustar üsullarla hazırlandığı müəyyən edilib.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı içərisində xeyli sayda müxtəlif təyinatlı mina və kustar üsullarla hazırlanmış əldəqayırma partlayıcı qurğularla dolu anbarlar Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilib.

Xatırladaq ki, lokal xarakterli antiterror tədbirlərindən öncə Ermənistandan Qarabağ bölgəsinə dəfələrlə qanunsuz hərbi daşımaların həyata keçirilməsi barədə Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumatlar verilib.