Qarabağdan gedən ermənilər İrəvanda təqib olunur – “Artsax” sözü qadağan edildibackend

Qarabağdan gedən ermənilər İrəvanda təqib olunur – “Artsax” sözü qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma “Artsax”ın “mühacirətdə olan hökuməti”nin formalaşdırılması məsələsi dünən İrəvanın “Armenia Marriott” otelində separatçı rejimin “başçısı” Samvel Şahramanyanın iştirakı ilə keçirilən qapalı müzakirənin əsasını təşkil edib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri yazır ki, dünənki görüşdə tanınmamış “DQR”in “prezidenti” Samvel Şahramanyan, separatçı “parlament”in keçmiş “spikeri” Aşot Qulyan, “Artsax” və Ermənistandan olan QHT sektorunun nümayəndələri, müxalifət düşərgəsinin nümayəndələri və digərləri iştirak edib. Görüşdə Ermənistan hakimiyyətinin separatçı “Artsax” rejiminin “mühacir hökumət” üzvlərinə qarşı repressiyalar tətbiq edildiyi də qeyd olunub.

Qəzetin məlumatına görə, təşəbbüskarlardan biri olan İrəvan meri seçkilərində namizədliyi irəli sürən Suren Petrosyan görüşün qapalı keçirildiyini, müzakirənin məzmunu barədə çox şey deyə bilməyəcəyini xatırladıb.

“Deyə bilərəm ki, “dövlətçiliyin” qorunub saxlanması prosesi son dərəcə realdır və həyata keçirilə bilər. Təbii ki, müxtəlif mərkəzlərdən, hakimiyyətdən maneələr, təzyiqlər olacaq, lakin bu, asanlıqla həyata keçirilə bilər”, – Petrosyan bildirib.

Petrosyan onu da əlavə edib ki, məsələnin hüquqi mübarizə prosesinə start verilsə də, hakimiyyət nümayəndələri ilə bəzi məqamlarda çaxnaşmalar yaşanılır.

Erməni KİV İrəvana sığınmış “Artsax” liderlərinin Ermənistan hakimiyyəti tərəfindən təqib olunduğunu iddia edib. Paşinyan hakimiyyətinin Qarabağdan gələn ermənilərlə soyuq davrandığını, onları repressiyalara məruz qoyduğunu bildirib. Bununla bağlı göstərişin birbaşa Paşinyandan gəldiyi iddia olunub. “Artsax” sözünün İrəvanda qadağan edildiyi vurğulanıb.