Ermənistanın güc strukturlarının rəhbərləri QAPALI İCLASIbackend

Ermənistanın güc strukturlarının rəhbərləri QAPALI İCLASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın güc strukturlarının rəhbərləri Milli Assambleyada qapalı müzakirədə iştirak edib. 

NOCOMMENT.az xəbər verir ki, büdcə məsələlərinin müzakirə olunduğu iclasa müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və daxili işlər naziri Vahe Qazaryan qatılıb.

Sessiya açıq başlasa da, müdafiə naziri Papikyan məlumatların tam məxfi olduğunu bildirib və sessiyanın qapalı rejimdə davam etdirilməsini istəyib. Milli Məclisin deputatı, müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan jurnalistləri anlayışla yanaşmağa və zalı tərk etməyə çağırıb.

Ermənistan KİV-inin məlumatına görə, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının qapalı iclasında müdafiə naziri Suren Papikyanın çıxışından əvvəl həmçinin deputatların və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin telefonları dinlənmənin qarşısının alınması məqsədilə yığılaraq xüsusi seyfdə gizlədilib.