Qarabağdan qaçan ermənilər Mehri dəhlizinə yerləşdirilirlərbackend

Qarabağdan qaçan ermənilər Mehri dəhlizinə yerləşdirilirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etdikdən sonra, Qarabağdan qaçan ermənilər üçün Ermənistan ərazisində yeni evlər tikilir.

NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, Qarabağdan qaçan ermənilər üçün Zəngəzurda – Mehri rayonunun Nüvədi kəndində 30 evin tikilməsi planlaşdırılır.

Mehri İnkişaf Fondu adlı qurum tərəfindən tikiləcək evlər üçün yardım kampaniyası keçirilir.

Qeyd edək ki, 1991-ci ilə kimi azərbaycanlıların yaşadığı Nüvədi kəndinin bir hissəsində sonradan ermənilər məskunlaşsa da, kəndin böyük hissəsi dağıdılaraq xarabalığa çevrilib.

Onu da bildirək ki, Mehri dəhlizi adlandırılan və yenidən açılması gözlənilən Bakı-Naxçıvan dəmir yolu xətti Nüvədi kəndi ərazisindən keçir. Belə görünür ki, Ermənistan Azərbaycanın əsas hissəsini Naxçıvanla, o cümlədən də Türkiyə ilə birləşdirəcək starateji əhəmiyyətli bu dəhlizdə erməni əhalinin sayını artırmağa çalışır.