Qarğıdalı hansı xəstəliklərə kömək edir?backend

Qarğıdalı hansı xəstəliklərə kömək edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay aylarında insanların sevərək yediyi qarğıdalı həm də ən faydalı qidalardan biridir. Ləzzətli olması ilə yanaşı onun tərkibində olan vitaminlərin insan orqanizminə bilmədiyimiz xeyirləri də vardır.

NOCOMMENT.az kalsium, dəmir, protein, natrium, B-6 və B-12 vitaminləri ilə olduqca zəngin olan qarğıdalının faydalarıını sizə təqdim edir:

Həzm sisteminə təsiri

Lif və karbohidrat baxımından zəngin olan qarğıdalı həzm sistemini və bağırsaq sağlığını qoruyur və arıqlamağa kömək edir.

Qan azlığına kömək edir

Qan azlığının meydana gəlməsinin ən əsas səbəbi B-12 vitamini və fol turşusunun yetersiz olmasıdır.Sadalanan vitaminlərlə zəngin olan  qarğıdılanın tərkibində dəmirin də olması qan azlığının yaranmasının qarşısını alır.

Enerjini artırır

Qarğıdalı uzun müddətli enerji verməklə yanaşı beyin və sinir sistemi sağlığını da qoruyur. Enerji yığmağa kömək etdiyi üçün idmançılar daima bu ləzzətli qidaya üstünlük verirlər.

Diabet və hipertoniya xəstəliklərinə təsiri

Mütəxəssislər şəkər xəstələrinin tez-tez qarğıdalı yeməsini məsləhət görürlər.Tərkibində olan B vitamini, protein və karbohidrat sayəsində böyrək üstü vəzilərin işləməsinə kömək edərək stressin qarşısını alır.

Gözə faydası

A vitamini sayəsində qarğıdalı göz sağlığını uzun müddət qoruyur və tərkibində olan digər maddələr sayəsində görmə funksiyasının pozulmasının qarşısını alır.

Sümük sağılığına faydası

Dəmir, mis, fosfor kimi maddələrlə zəngin olan qarğıdalının sümüklər, toxuma, əzələ və qığırdaqlara olduqca faydası vardır.