Qaribaşvili İrəvana yola düşmədən öncə NƏ DEYİB?backend

Qaribaşvili İrəvana yola düşmədən öncə NƏ DEYİB?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistana səfər edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyası məlumat yayıb.

İ. Qaribaşvili Ermənistana işgüzar səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Tərəflər “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü” ilə bağlı müzakirə aparıblar.

Qeyd olunub ki, Cənubi Qafqaz ölkələri ilə yanaşı beynəlxalq tərəfdaşların da iştirak edəcəyi yeni sülh formatı yaxşı qonşuluq perspektivləri ilə bağlı müzakirələri asanlaşdıracaq.

İ. Qaribaşvili Gürcüstanın bölgədə sülh, sabitlik, həmçinin regionun tədricən yeni imkanlar, inkişaf və sülh regionuna çevrilməsini təmin etmək məqsədi ilə aktiv vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu bir daha vurğulayıb.

Qaribaşvili İrəvana yola düşməzdən əvvəl bəyan edib ki, Gürcüstan Azərbaycan və Ermənistan rəhbərliyi arasında etibarlı rabitə yaradıb.
Publika.az