Gəncə şəhərində keçirilən Aerobika gimnastikası üzrə Avropa çempionatının final mərhələsi başa çatıb.
NOCOMMENT.az xəbər verir ki, milli komandamızın üzvləri – qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.600 xalla rəqiblərini geridə qoyaraq I yerin sahibi olub.













