Qarşıdakı üç günün hava proqnozubackend

Qarşıdakı üç günün hava proqnozu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın üç gün ərzində ölkə ərazisində mülayim, xoş və əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir. Səhər saatlarında bəzi dağlıq ərazilərdə duman ehtimalı var.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, qərb istiqamətli 5-10 metr sürətlə külək əsəcək, havanın temperaturu Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10 dərəcə isti, dağlarda gecə 5 dərəcə şaxtadan 7 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

“Bakıda və Abşeron yarımadasında ayın 3-ü 4-nə keçən gecə yarımadanın bəzi ərazilərində çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi saniyədə 7-12, arabir 15 metr sürətlə əsəcək. Havanın temperaturu gecə 5, gündüz isə 9-10 dərəcəyə yaxın isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Füzuli, Laçın, Kəlbəcər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Yanvarın 3-dən 6-dək qərb küləyi 5-10 metr saniyə, gündüz saatlarında arabir 15 metr saniyə olacaq . . Havanın temperaturu gecə 5-6 dərəcəyədək şaxta, gündüz isə 8 dərəcəyə yaxın şaxta olacaq”.