Qaxda örüş sahəsi sakinlərin əllərindən alınıb? – VİDEObackend

Qaxda örüş sahəsi sakinlərin əllərindən alınıb? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İllərdir mal-qara otlayan sahə indi əkilir.. sakinlər bundan narazıdır..

NOCOMMENT.az xəbər verir ki,  Qaxın Marsan kənd sakinlərinin sözlərinə görə, ərazi təkcə bir neçə ailənin yox, demək olar ki, bütün kəndin əsas dolanışıq mənbələrindən biri olub. Sakinlərin iddiasına görə, əkin aparıldıqdan sonra sahənin ətrafına çəkilən dərin kanal vəziyyəti daha da çətinləşdirib. Hazırda heyvanların həmin əraziyə keçməsi mümkün deyil. Bu isə kənddə maldarlıqla məşğul olan ailələri çıxılmaz vəziyyətdə qoyub.

Kəndlilər deyir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara, o cümlədən rayon icra hakimiyyətinə müraciət ediblər. Lakin onların sözlərinə görə, indiyədək konkret nəticə əldə olunmayıb.

Məsələ ilə bağlı kənd bəldiyyəsindən bildirlib ki, ərazi 18 hektar təşkil edir əkilən sahə isə təxminən 4 hektardır.

Sakinlər ümid edir ki, aidiyyəti qurumlar məsələyə qısa zamanda aydınlıq gətirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.