Qaz limiti nə vaxt sıfırlanacaq? – Baş direktor açıqladıbackend

Qaz limiti nə vaxt sıfırlanacaq? – Baş direktor açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin sonunda ən çox müraciətlərdən biri limitlərin sıfırlanması ilə bağlıdır.

NOCOMMENT xəbər verir ki, bunu Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, smart-kart tipli sayğaclarda 2023-cü il limitindən istifadə 1 yanvar gecə saat 00:00-dan sonra mümkün olacaq: “Söhbət ödəniş terminalında həyata keçirilən əməliyyatın vaxtından gedir. Bəziləri dekabrın 30-31-i karta vəsait yükləyirlər və yanvarın 1-i pulu sayğaca yükləyəndə limitin bərpa olunmadığını deyirlər. Bir daha bildirmək istəyirəm ki, smart-kart tipli sayğacda bunlar ödəniş etdiyiniz gündən hesablanır. Ona görə də yanvarda karta ödəniş edənlər artıq 2023-cü ilin limitindən istifadə edə biləcəklər. Mexaniki tipli sayğacların istifadəçiləri üçün isə maksimum çalışırıq ki, sayğacların oxunması yanvarın 7-də başa çatsın”.