Qazaxıstan Rusiya mallarını daşıyan 10.000-dən çox furun sərhəddən keçməsini dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, Rusiyanın “Baza” ictimai qrupunun məlumatına görə, yük maşınları yoxlamalar səbəbindən malların bəyannamələrə uyğunluğunu təmin etmək üçün saxlanılır.
Bəzi məlumatlara görə, Rusiyaya qarşı ABŞ və Avropa sanksiyaları Qazaxıstanı belə sərt addımlar atmaga vadar edib.













