Qazaxıstan xaricilər üçün turizm rüsumunu ləğv edirbackend

Qazaxıstan xaricilər üçün turizm rüsumunu ləğv edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda yanvarın 9-dan etibarən xarici səyahətçilər üçün turizm rüsumunu ləğv ediləcək.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Turizm və İdman Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Qazaxıstanda ötən ildən bəri əcnəbilərə bu ölkədə qaldıqları hər gün üçün tətbiq edilən xüsusi rüsum qüvvədə idi.

Ötən həftə isə, Qazaxıstanın Turizm və İdman Nazirliyi bu rüsumun xarici turistlər üçün narahatlıq yaratdığını bildirmişdi.