Qazaxıstanda hərbi hissədə üç nəfər qazdan zəhərlənərək ölübbackend

Qazaxıstanda hərbi hissədə üç nəfər qazdan zəhərlənərək ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Arıs şəhərindəki hərbi hissələrdən birində üç nəfər qazdan zəhərlənərək ölüb, bir nəfər isə xəstəxanaya çatdırılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə hərbi hissənin kanalizasiya xəttinin təmizlənməsi zamanı baş verib.

İlkin məlumata əsasən, onlar quyunun içərisinə yıxılan fəhləni xilas etmək istəyərkən, ehtiyatsızlıqdan özləri də həmin quyuya düşüb.

Həkimlər xəstəxanada müalicə alan şəxsin vəziyyətini stabil ağır olaraq qiymətləndirir.