Çin sədri Si Cinpin hesab edir ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) tarixin doğru tərəfindədir və dünyada çox mühüm yer tutur.
NOCOMMENT.az xəbər verir ki, siyasətçi bunu Qazaxıstanda ŞƏT-ə üzv ölkələrin liderlərinin görüşündə bildirib.
“Şanxay Əməkdaşlıq Təşkilatı tarixin doğru tərəfində, ədalət və qərəzsizliyin tərəfindədir və dünya üçün son dərəcə vacibdir”, – Çin lideri bildirib.
O, həmçinin qeyd edib ki, bəşəriyyət hazırda tarixin qovşağındadır və dünyada dəyişikliklər sürətlənir.