Qazaxıstanda məmurlara xaricdə hesab açmaq qadağan edildibackend

Qazaxıstanda məmurlara xaricdə hesab açmaq qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev vətəndaşların hüquqlarının qorunmasının gücləndirilməsi və korrupsiya ilə mübarizə haqqında qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi barədə qanun imzalayıb.

NOCOMMENT xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Edilən dəyişikliyə əsasən, bundan sonra dövlət qulluqçularının xarici banklarda hesablarının olması qadağan olunub.

Qanuna görə, hesabların açılması və ona sahib olma, habelə respublikadan kənarda yerləşən xarici banklarda nağd pul və qiymətli əşyaların saxlanılması qadağandır.

Bu addım məsul dövlət vəzifələrini tutan və ya dövlət funksiyalarını icra etmək səlahiyyətinə malik olan şəxslərə və vəzifəli şəxslərə aiddir. Eyni zamanda, xarici hesablara sahib olma qadağası təkcə məmurlara deyil, parlament üzvləri və hakimlərə də şamil olunacaq.