Qazi özünü niyə yandırıb? – İcra Hakimiyyətindən açıqlamabackend

Qazi özünü niyə yandırıb? – İcra Hakimiyyətindən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naftalan Şəhər İcra Hakimiyyəti özünü yandıraraq intihara cəhd edən qazi İlkin Tağıyevlə bağlı məlumat yayıb.

İcra Hakimiyyətindən NOCOMMENT.az -a daxil olan məlumatda deyilir:

“Naftalan şəhər Qasımbəyli kənd sakini 1993-cü il təvəllüdlü Tağıyev İlkin Həmid oğlu parkda üzərinə benzin tökərək özünü yandırıb.

Bildiririk ki, Tağıyev İlkin Həmid oğlu bu gün şəhərin Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavininin qəbulunda olub. Qəbul zamanı qazi şəhər İcra Hakimiyyəti tərəfindən ona göstərilən diqqət və qayğını vurğulayıb, daha sonra o, mənzillə və həyat yoldaşının işlə təmin olunmasını istəyib. Bununla bağlı qaziyə bildirilib ki, cari il ərzində mənzillə təmin olunacaq, həmçinin yoldaşı Lamiyə Tağıyevanın iyul ayı ərzində işlə təmin olunması nəzərdə tutulub.

Qeyd edək ki, qazi Şəhər İcra Hakimiyyəti tərəfindən 10.01.2022-ci il tarixdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Həmçinin qazinin anası Tağıyeva Pərvanə özünüməşğulluq proqramı çərçivəsində 09.08.2021-ci il tarixdə Dövlət Məşğulluq Agentliyi tərəfindən “Maldarlıq” zərfi üzrə aktivlərlə təmin edilib.

İlkin Tağıyevə 20.09.2021-ci il tarixdən müddətsiz II dərəcəli əlillik dərəcəsi təyin edilib. Bununla bağlı İlkin Tağıyevə aylıq 400 AZN məbləğində müharibə əlili olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, 960 AZN məbləğində əmək pensiyası olmaqla ümumilikdə aylıq 1360,90 AZN ödənilir. Bundan əlavə Müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi o, birdəfəlik sığorta ödənişi (8800 AZN) ilə təmin edilib.

2021-ci ildən indiyədək “Yaşat” Fondu tərəfindən ümumilikdə 50768,22 AZN məbləğində Türkiyədə və ölkəmizdə müalicə xərcləri qarşılanmış və dərman vasitələrinin alınmasına yardım göstərilib. Həmçinin şəhər İcra Hakimiyyəti tərəfindən qazinin ailəsinə 2020-ci ildən bu günədək 11640 AZN məbləğində yardım edilib.

Vətəndaşın şəhər İcra Hakimiyyətinə müraciəti əsasında şəhər bələdiyyəsi ona sahibkarlıq məqsədi ilə 50 m2  torpaq sahəsinin ayrılması ilə bağlı mərkəzi icra hakimiyyəti orqanına müraciət edib.

Naftalan ŞİH-nin müraciəti əsasında qazi və onun qardaşı Tağıyev Elvin Naftalanda fəaliyyət göstərən Hotel və müalicə mərkəzində işlə təmin olunub.

Qazi və onun ailəsi daim Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən diqqət mərkəzində saxlanılmış və mütəmadi olaraq müvafiq köməkliklər göstərilib.