“Qəbələ” “Zirə” üzərində qələbə qazandıbackend

“Qəbələ” “Zirə” üzərində qələbə qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanan “Zirə” və “Qəbələ” komandaları arasında yoxlama matçı keçirilib.

“NOCOMMENT” xəbər verir ki, görüş əyalət təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1.

Hesabı oyunun əvvəlində “Zirə”nin qış transferi Hamidu Keyta açıb. Lakin fasilədən sonra İsnik Alimi penaltidən bərabərlik, Rafael Utziq isə qələbə topunu vurub.

Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda oynanılıb.