Qəbələdə yanğın söndürülüb – VİDEObackend

Qəbələdə yanğın söndürülüb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

NOCOMMENT xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 1 hektar sahədə əsasən kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Qeyd edilib ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin bir ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.