Qəhvə içməyə ən uyğun saat açıqlandıbackend

Qəhvə içməyə ən uyğun saat açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günə kofe ilə başlayanlara pis xəbərimiz var. Çünki səhər oyanan kimi qəhvə içmək sağlamlığa zərərli hesab olunur.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, yuxu mütəxəssisi Dr. Debora Li qəhvə içmək üçün günün ən yaxşı saatlarını açıqlayıb.

D.Li kortizol hormonunun insanın yuxu dövrünə xas bir ritm izlədiyini, oyandıqdan sonra 30-45 dəqiqə ərzində zirvəyə çatdığını və gün ərzində tədricən azaldığını söyləyib.

O bildirib ki, buna görə də səhər qəhvəsi içmək üçün ən yaxşı vaxt saat 10 və ya yuxudan oyandıqdan 45 dəqiqə sonradır.

Qəhvəni bundan tez içmək, zamanla qəhvəyə qarşı “immunitet” yarada bilər.

Kofein beyində “adenozin” reseptorları adlanan və yuxuya kömək edən reseptorları bloklayır. Qəhvə günün gec saatlarında istehlak edilərsə, gecə yatmağı çətinləşdirir.

“Məsələn, səhər 7-də oyanan birisinizsə, ilk qəhvənizi səhər 10-dan 12-ə qədər içmək bədəninizə və zehninizə faydalıdır. Çünki bu, kofeindən ən çox fayda əldə edəcəyiniz vaxtdır”, – deyə D.Li bildirib.

Onun sözlərinə görə, oyandığınız zaman stress hormonu kortizolun səviyyəsi ən yüksək həddə çatır:

“Bu, sayıqlığı və diqqəti artırır, həmçinin maddələr mübadiləsini və immunitet sistemini tənzimləyir. Yüksək kortizol səviyyələri immunitet sisteminizə təsir edə bilər və oyandığınız zaman artıq pik həddədirsə, gözləriniz açılan kimi qəhvə içmək xeyirdən daha çox zərər verər”.

Yuxu mütəxəssisi daha yaxşı bir gecə yuxusu üçün, yatmazdan ən azı altı saat əvvəl qəhvə içməyi dayandırmağı tövsiyə edir.

Yuxu rejimini pozmamaq üçün saat 15:00-dan sonra qəhvə, qazlı içkilər, enerji içkiləri kimi kofeinin istənilən formasından çəkinmək məsləhətdir.

“Əgər isti içkiyə ehtiyacınız varsa, bitki çaylarına və ya kofeinsiz qəhvəyə keçməyə çalışın. Yuxu rejiminiz qaydasında olacaq”, – deyə D.Li əlavə edib.