Qərb peykləri Çində sınaq poliqonunda partlayış qeydə alıbbackend

Qərb peykləri Çində sınaq poliqonunda partlayış qeydə alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin “Planet”, “Sentinel” və “Umbra” peykləri Çinin Qansu əyalətindəki Qobi səhrasındakı Jiuquan poliqonunda partlayış qeydə alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “SpaceNews” məlumat yayıb .

Nəşr X mikrobloq şəbəkəsində partlayış yerinin optik və radar peyk şəkillərini yerləşdirmiş ekspert Harri Strangerə istinad edir. Onun qiymətləndirməsinə görə, poliqonda partlayış noyabrın 21-22-də baş verə bilərdi.

Nəşr xatırladır ki, bundan əvvəl 2021-ci ilin oktyabrında Ciuquan kosmodromunda partlayış qeydə alınıb. SpaceNews əmindir ki, son insident Çinin kosmik proqramına təsir etməyəcək. Nəşr etiraf edir ki, partlayış özəl Çin şirkətlərinin keçirdiyi raket sınaqları ilə bağlıdır.