Qərbi Zəngəzurda mis-molibden zavodunun tullantı suları ətraf kəndləri zəhərləyirbackend

Qərbi Zəngəzurda mis-molibden zavodunun tullantı suları ətraf kəndləri zəhərləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda, Qərbi Zəngəzur bölgəsində (ermənilər Sünik adlandırıb) mis-molibden zavodunun tullantılar anbarındakı partlayış nəticəsində yaxınlıqdakı kəndi zəhərli su basıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, məlumatı “Joğovurd” yayıb.

Bildirilib ki, Zəngəzur mis-molibden kombinatından axıdılan tullantı suları Oxçuçay çayını (ermənilər Voxçi adlandırır) və yaxın yaşayış məntəqələrini çirkləndirməkdə davam edir.

Qəzetin yazdığına görə, bir müddət əvvəl kombinata məxsus “Artsvanik” tullantı anbarından axıdılan zəhərli sular və tullantılar nəinki Xələc çayının qoluna, hətta qonşu yaşayış məntəqələrinədək gəlib çıxıb: “Kəndləri basan zəhərli su ətraf mühiti çirkləndirərək təsərrüfatlara ziyan vurur”.

Məlumata görə, üç gündür bu hal davam edir.

“Joğovurd” bildirib ki, Ermənistanın ətraf mühit naziri Akop Simidyanı bu məsələ narahat etmir.

Qeyd edək ki, Zəngəzur mis-molibden kombinatından axıdılan zəhərli sular Araz çayını da çirkləndirir.