Qətərdən vasitəçilik bəyanatı: İsrailin hücumları şərtləri çətinləşdirirbackend

Qətərdən vasitəçilik bəyanatı: İsrailin hücumları şərtləri çətinləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrailin hücumları vasitəçiliyi çətinləşdirir”. 

NOCOMMENT.az xəbər verir ki, bu sözlər Qətərin xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman Əl Taniyə məxsusdur.

Qətər Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Qətər xarici işlər naziri Əl Tani ilə Amerika dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Görüşdə Al Thani, Qəzzada yeni bir “humanitar fasilə” üçün tərəfdaşları ilə vasitəçilik səylərini davam etdirdiklərini vurğuladı və “İsrailin Qəzzaya hücumları vasitəçilik səylərini çətinləşdirir və bölgədəki humanitar fəlakəti dərinləşdirir” dedi.

İsrailin işğalı və Qəzza zolağına hücumları ilə bağlı hadisələrin müzakirə edildiyi görüşdə əsas gündəm maddələri Qəzza zolağı və Fələstində gərginliyin azaldılması və atəşkəs imkanları olub.

Günahsız mülki şəxslərin, xüsusilə qadın və uşaqların öldürülməsinin, kollektiv cəzanın qəbuledilməz olduğunu vurğulayan Əl Tani, bölgəyə humanitar yardımların çatdırılması üçün Qəzzaya təhlükəsiz humanitar dəhlizlərin açılmasının lazım olduğunu xatırladıb.