Türkiyəyə məxsus “C-130” tipli təyyarənin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin nəşinin axtarışı başa çatıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində həlak olan 20 hərbçinin hamısının nəşi tapılıb.
Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub. Onlardan 19-nun nəşi tapılmışdı.













