Xəbər verdiyimiz kimi, Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Türkiyə Prezidentinin verdiyi açıqlamaya əsasən şəhidlər var. Qəza ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib.
NOCOMMENT.az bu barədə “Exo Kavkaza” nəşrinə istinadən xəbər verir.
Nəşr Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən aydınlaşdırıb ki, təyyarə dövlət sərhədindən təxminən 5 km aralıda qəzaya uğrayıb.
Hadisə zamanı göyərtədə 20 nəfər olub.













