Qəzza ilə bağlı YENİ PLAN: Gələn ildən…backend

Qəzza ilə bağlı YENİ PLAN: Gələn ildən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ, BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsini təsdiqləməsinin ardınca Qəzza zolağında beynəlxalq stabilləşdirmə qüvvələrinin formalaşdırılması prosesini sürətləndirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə The Jerusalem Post-a danışan yüksək vəzifəli ABŞ rəsmisi məlumat verib.

Onun sözlərinə görə, bölgədə təhlükəsizliyin təmin olunması və humanitar şəraitin yaxşılaşdırılması məqsədilə planlaşdırılan kontingentin ilkin heyəti artıq 2026-cı ilin əvvəlində Qəzzaya gətiriləcək.

Rəsmi bildirib ki, bir neçə ölkə bu missiyaya qoşulmaq və öz hərbçilərini göndərmək niyyətini ifadə edib.

Lakin diplomatik həssaslıq səbəbindən həmin dövlətlərin adları hələlik açıqlanmır. Missiyanın formalaşması və yerləşdirilməsi mərhələlərinin yaxın aylarda daha da aktivləşəcəyi gözlənilir.

ABŞ rəsmisinin sözlərinə görə, beynəlxalq qüvvələrin əsas məqsədi bölgədə sabitlik yaratmaq, yenidənqurma prosesinə dəstək vermək və uzunmüddətli təhlükəsizlik mexanizminin əsasını qoymaqdır. Qüvvələrin konkret mandatı və tam tərkibi üzərində iş isə davam edir.