Qəzza Səhiyyə Nazirliyi: 2023-cü ilin oktyabrından bu yana ölənlərin sayı 41,2 mini keçibbackend

Qəzza Səhiyyə Nazirliyi: 2023-cü ilin oktyabrından bu yana ölənlərin sayı 41,2 mini keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin oktyabrından İsrail hərbçilərinin bu anklavda keçirdiyi əməliyyatlar nəticəsində Qəzza zolağında həlak olan fələstinlilərin sayı 41,2 mini keçib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 41 206 nəfərə çatıb, daha 95 337 nəfər yaralanıb” – məlumatda bildirilir.

Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində 24 fələstinli ölüb, 57 nəfər yaralanıb.