Qəzzada əsir düşən İsrail əsgərləri müharibənin dayandırılmasını tələb edirlərbackend

Qəzzada əsir düşən İsrail əsgərləri müharibənin dayandırılmasını tələb edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS-ın Qəzza zolağında hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən saxlanılan 3 qadın əsir əsgər müharibənin dayandırılmasını, əsir mübadiləsi razılaşmasının əldə olunmasını və evlərinə sağ-salamat qayıtmasını istədiklərini bildirib.

NOCOMMENT xəbər verir ki, Qəssam Briqadaları, 3 qadın əsir əsgərin İsrail hökumətinə və baş nazir Binyamin Netanyahuya çağırışlarını əks etdirən video yayımlandı.

Videoda danışan qadın əsgərlərdən biri olan 19 yaşlı Karina “107 gündür ki, məni evə qaytarmalı olanlar məni tək qoyduğu üçün buradayam” deyib.

Davamlı olaraq hücum və bombardman altında yaşadığını bildirən qadın əsgər İsrail hökumətindən müharibəni dayandırmasını, əsir mübadiləsi müqaviləsi bağlamasını və onların sağ-salamat xilas edilməsini istəyib.