Qəzzada humanitar böhranın həllinə dair addımlarbackend

Qəzzada humanitar böhranın həllinə dair addımlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə naziri Yoav Qallant isə Qəzza zolağına səfər edərək müvəqqəti limanın hazırlıq işlərini izləyib.

NOCOMMENT.az xəbər verir ki, Qallant da limana gəmilərin gəlişi ilə Qəzzadakı humanitar böhranın öz həllini tapacağını vurğulayıb:

“Yardım daşıyan gəmilərin gəlişi ilə tezliklə gündəmdəki humanitar məsələ həll olunacaq. Bu, həmçinin ləvazimatların HƏMAS-a deyil, mülki şəxslərə çatdırılmasını asanlaşdıracaq əsas məsələdir. Bu cür hər bir hərəkət HƏMAS-ı zəiflədir və nəzarətimizi gücləndirir. Qəzzada terrorçular üçün təhlükəsiz yer yoxdur. Hətta gecikdiyimizi düşünənlər də tezliklə hər yerə gələ biləcəyimizi görəcəklər. Biz HƏMAS-ı məhv edəcəyik”.

Qeyd edək ki, təxminən 200 tona yaxın ərzaqla yüklənmiş yardım gəmisi bölgəyə müvəqqəti limanın açılışı üçün pilot proqram çərçivəsində Zolağa doğru yola düşüb.