Qəzzada mobil rabitə və internet fəaliyyətini dayandırıbbackend

Qəzzada mobil rabitə və internet fəaliyyətini dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qəzza zolağında rabitə və internet xidmətlərinin fəaliyyəti dayandırılıb. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Nəşr qeyd edir ki, Qəzza zolağında rabitə və internet xidmətləri tamamilə dayandırılıb.

Bundan əvvəl məlum olub ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağı ilə sərhədin Fələstinin radikal HƏMAS hərəkatının yaraqlıları tərəfindən dağıdılmış hissələrini bərpa edir.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.