Qəzzada yardım işçiləri VURULDUbackend

Qəzzada yardım işçiləri VURULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzaya zərbələr yanlışlığa səbəb olub. Yardım işçilərinin ölümü ilə nəticələnib.

NOCOMMENT.az xəbər verir ki, İsrailin hərbi komandiri Herzi Halevi bu barədə açıqlama verib. Onun sözlərinə görə, “bu baş verməməli idi”:

“İsrail Müdafiə Qüvvələri humanitar yardımla məşğul olanların işini yüksək qiymətləndirir. Biz humanitar yardım işçilərini qorumağa dair daha çox iş görülməsini təmin edirik. Təcili tədbirlər görməyə davam edəcəyik. Bu hadisə böyük səhv idi. Biz ilkin araşdırmanı tamamlamışıq. Yardım işçilərinə Zərbə zərər vermək məqsədi ilə endirilməyib. Bu, müharibə zamanı, çox mürəkkəb şəraitdə yanlış identifikasiyadan sonra edilən bir səhv olub. İsrail Qəzza əhalisi ilə deyil, HƏMAS ilə müharibə aparır. Yardım qrupunun üzvlərinə zərər verdiyimiz üçün üzr istəyirik”.

İnsidentlə bağlı ilkin araşdırmanın nəticələrini açıqlayan komandir müstəqil qurumun hərtərəfli araşdırma aparacağını söyləyib.