Qəzzadan təxliyə edilən rusiyalılar Moskvaya aparıldıbackend

Qəzzadan təxliyə edilən rusiyalılar Moskvaya aparıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Qəzzadan təxliyə edilmiş 120 Rusiya vətəndaşının olduğu Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi Moskvaya uçub. Bu barədə TASS məlumat yayıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Qəzza zolağından təxliyə edilmiş bir qrup rusiyalı və onların ailə üzvləri ilə birlikdə Qahirədən Moskvaya uçub. Xüsusi təyyarə 120 Rusiya vətəndaşını və onların ailə üzvlərini Moskvaya çatdıracaq”, – nazirlikdən bildirilib.