ABŞ prezidenti Donald Tramp Qəzza zolağına səfər etməyi planlaşdırdığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidenti “Time” qəzetinə müsahibəsində deyib.
“Mən bunu edəcəyəm. Bilirsiniz, bizim Sülh Şurası var və o, artıq yaradılıb. Məndən onun sədri olmaq rica edilib. İnanın ki, mən bunu çox istəmirdim. Amma Sülh Şurası çox nüfuzlu insanlar qrupu olacaq və Yaxın Şərqdə böyük hakimiyyətə sahib olacaq”, – Tramp vurğulayıb.
Amerika lideri əlavə edib ki, HƏMAS atəşkəs sazişindən imtina etsə, onun “böyük problemləri olacaq”.
“Onlar indi dəstə üzvlərini öldürürlər, biz bunu tədricən öyrənirik. Amma siz bilirsiniz, hansı məqamda dəstələr siyasi rəqibə çevrilirlər, doğrudurmu?”, – ABŞ prezidenti əlavə edib.
Xatirə SADİQ













