QHT müsabiqələri nə vaxt olacaq? – Yeni icraçı direktordan AÇIQLAMAbackend

QHT müsabiqələri nə vaxt olacaq? – Yeni icraçı direktordan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elanı geçikir.

Qurum rəsmiləri bunu Agentliyin yeni yaradıldılması, müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələrin olması ilə əsaslandırıblar.

NOCOMMENT xəbər verir ki, agentliyə yeni təyin olunmuş icraçı direktor Aygün Əliyeva modern.az-a açıqlamasında bildirib ki, müsabiqələrlə bağlı hələ ki bir yenilik yoxdur: “Olan kimi mətbuata və ictimaiyyətə bununla bağlı açıqlama veriləcək.

İndi işin istiqamətlərini müəyyənləşdiririk. Hansı problemlərin olduğunu araşdırırıq. Bir neçə günlük təhlilə ehtiyacımız var”.