Qığırdaq yaradan iynə necə hazırlanır? – ŞOK – FOTO/VİDEObackend

Qığırdaq yaradan iynə necə hazırlanır? – ŞOKFOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kök Hüceyrə proseduru dünyada bir neçə on il tətbiq olunsa da ölkəmizdə yenidir və insanlar arasında bir çox sualların yaranmasına səbəb olur.

alqoloq Vüsal Eyvazov
Alqoloq Vüsal Eyvazov

NOCOMMENT.azxəbər verir ki, bu istiqamətdə insanları maraqlandıran sualları cavablandırmaq üçün Ağrı Müalicə Mərkəzinin rəhbəri, tanınmış həkim-alqoloq Vüsal Eyvazova üz tutduq.

– Doktor, Kök Hüceyrə prosedurunun dünya standartları nədir?

– Əslində çox gözəl bir sualdır. Kök Hüceyrə alınması və bunun icrası ilə bəzən bu günə qədər insanları idarə edirdilər. Belə ki, adi qanı sentrofuqadan keçirib tronbostal zəngin kütlə ilə xəstənin oynaqlarına iynə ilə yeridərək bunun adını kök hüceyrə qoyurdular ki, sözsüz burada kök hüceyrədən söhbət belə gedə bilməzdi. Həmçinin başqa üsullarlla qarın piy toxumasından alıb, sanki müəyyən laboratoriyalarda hazırlayıb xəstənin oynaqlarına vururdular. Bu da təbii ki, gözlənilən nəticəni vermirdi və xəstədə kök hüceyrə proseduruna qarşı inamsızlıq yaranmasına səbəb olurdu.

Kök hüceyrə proseduruna 2001-ci ildən ABŞ-da istifadəsinə başlanılmışdı və bu məqsədlə bir neçə kök hüceyrə laboratoriyaları yaradılmışdı. Bu laboratoriyalarda əməliyyat stolunda xəstədən alınan piy toxumalarından xüsusi enzimlər vasitəsilə kök hüceyrələrin ayrılmasına çalışırdılar və bir neçə saat müddətdən sonra alınmış hüceyrələri xəstənin oynağına yerləşdirirdilər. Lakin ABŞ-ın dünyaca nüfuzlu beynəlxalq təşkilatı olan FEDA buna qadağa qoydu. Çünki bir çox insanlarda infeksiyalaşma, fayda görməmə və bir çox digər fəsadlar yarandığından bu laboratoriyaların fəaliyyətinə qadağa qoyuldu. Kök hüceyrə alınması laboratoriyası xüsusi şəraitə malik olmalı və özəl şərtlərə cavab verməlidir.

Kök hüceyrə proseduru
Kök hüceyrə proseduru

Birincisi, kök hüceyrə alınan əməliyyatxana otağı hepafiltirlərlə təmizlənmiş və doğru şəkildə sterelizasiya olunmuş bir otaq olmalıdır. Alınan piy toxumaları təmiz şəkildə alınmalıdır.

Bundan başqa laboratoriya şəraitində ayrılmış kök hüceyrələrin ən böyük mənfi cəhətlərindən biri də o oldu ki, piy toxumalarından kök hüceyrələrin ayrılması zamanı istifadə edilən xüsusi enzimlər həmin piy toxumalarını parçalayaraq onun tərkibindən kök hüceyrələri çıxartsa da onların sağlılığı, yaşama müddəti aşağı olurdu. Beləliklə də alınan kök hüceyrələrin 98%-i ölü kök hüceyrələr olaraq xəstəyə köçürülürdü ki, bu zaman da effektivlik aşağı düşür. Kök heceyrələrin yaşama müddəti 24-48 saatdan artıq olmurdu. Məhz bu şərtləri nəzərə alaraq FEDA bu laboratoriyaların fəaliyyətinə qadağa qoydu.

Lakin bu gün bu laboratoriyaların icazəli şəkildə fəaliyyət göstərdiyi ölkələr də var ki, bunun üçün də müəyyən olan sertifikatların olması mütləqdir. Bu sertifikatlarda ən önəmlisi alınan kök hüceyrələrin canlılığı, sterilizasiya və hüceyrələrin doğru şəkildə sayılmasını təsdiq edən sertifikatların olmasıdır. Bu sertifikatları təqdim edən laboratoriya kök hüceyrə köçürülməsi proseduru ilə məşğul ola bilər.

Amma bu gün FEDA-nın icazə verdiyi və müəyyən olunmuş birinci, ikinci kateqoriya üzrə istifadə olunan kök hüceyrənin alınması və yeridilməsi sırf Mastem laboratoriyasının xüsusi filtirlərindən istifadəsinə üstünlük verirlər. Artıq kök hüceyrə proseduru həyata keçirilirsə, icra olunursa xəstə və alınan piy toxuması əməliyyatxana şəraitindən kənara çıxmamaq, tam sterilli və hüceyrələrin canlılığını, say miqdarını qorumaq şərti ilə həyata keçirilməlidir.

Kök hüceyrə necə alınır
Kök hüceyrə necə alınır

Bizim bu gün istifadə etdiyimiz kök hüceyrəsinin alınması və yeridilməsi məhz bu laboratoriyanın bizə ayırdığı məhsulun, filtirlərin və sentrofuqanın istifadəsilə həyata keçirilir. Bu zaman bu üsulla alınan kök hüceyrələrin canlılığı 99,9% təşkil edir. Bu çox önəmli bir məqamdır. Yəni, bizim köçürdüyümüz kök hüceyrələr saf şəkildə təmiz, heç bir enzim olmadan maksimal sterilizə olunmuş şəraitdə həyata keçirilir. Ən önəmli məqamlardan biri də xəstədən alınan minimal piy toxumasından maksimum kök heceyrəsini almaq və canlılığını təmin edərək xəstəyə yenidən kök hüceyrəsi şəklində yeritməkdir. Bizim laboratoriyalarda xəstədən alınan 1 milli qram piy toxumasından 720 min, 100 milli qramdan isə 72 mln-a qədər sağlam kök hüceyrəsi əldə edərək bir neçə oynaqlara yeridirik.

Bu işin ən önəmli məqamlarından biri məhz alınan kök hüceyrələrin sağlam şəkildə xəstəyə tətbiq edilməsidir ki, qısa bir zamanda bu hceyrələr qığırdaq toxumasına çevrilərək qığırdaq yeyilməsinin qarşısının alınmasında mühüm müsbət rol oynayır.

Kök hüceyrə_Ağrı müalicə mərkəzi
Kök hüceyrə_Ağrı müalicə mərkəzi