Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinə həmişə tərəfdar olub – Japarovbackend

Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinə həmişə tərəfdar olub – Japarov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hörmətli İlham Heydər oğlu, biz beynəlxalq təşkilatlarda da aktiv qarşılıqlı fəaliyyət göstərir və beynəlxalq strukturlara namizədliklərin irəli sürülməsi zamanı bir-birimizi dəstəkləyirik”.

NOCOMMENT.az xəbər verir ki, bunu Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.

O bildirib ki, Qırğızıstan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinə həmişə tərəfdar olub: “Biz Sizə ona görə minnətdarıq ki, Siz Qırğızıstanın bütün təşəbbüslərini beynəlxalq arenada dəstəkləyirsiniz. Bizim ölkələrimiz BMT, ATƏT, ŞƏT, TDT, İƏT və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda və strukturlarda aktiv qarşılıqlı fəaliyyət göstərir. Əminəm ki, əməkdaşlığımızın yüksək səviyyəsi uzunmüddətli olacaq”.