Qırğızıstan və Çin arasında dəyəri 1 milyard dollardan artıq müqavilə imzalandıbackend

Qırğızıstan və Çin arasında dəyəri 1 milyard dollardan artıq müqavilə imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan Prezidenti Sadır Japarovun Çinə ilk rəsmi səfəri nəticəsində dəyəri 1 milyard dollardan artıq məbləğdə müqavilələr imzalanıb.

NOCOMMENT.az xəbər verir ki, Prezidentin Mətbuat Mərkəzindən verilən açıqlamada Japarovun ilk rəsmi səfərinin mayın 17-20 tarixlərində baş tutduğu xatırladılıb.

Açıqlamada Japarovun Çinə səfəri çərçivəsində enerji, kənd təsərrüfatı və kinematoqrafiya sahələrində imzalanan müqavilələr və layihənin məbləği ilə bağlı məlumatlar da yer alıb.

Qırğızıstanın Energetika Nazirliyi ilə “China Power International Development Limited” şirkəti arasında imzalanan investisiya sazişinə əsasən, Qırğızıstanın İssık-Kul vilayətində 800 milyon dollar və min meqavat gücündə günəş elektrik stansiyası tikiləcək.

NOCOMMENT.AZ