Qırğızıstanda müğənnilərin fonoqram ifasına qadağa qoyulubbackend

Qırğızıstanda müğənnilərin fonoqram ifasına qadağa qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda yanvarın 1-dən dövlət qurumlarında fonoqram mahnı oxumaq qadağan edilib.

NOCOMMENT.az xəbər verir ki, Qırğızıstanın Mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov bu barədə sərəncam imzalayıb.

Sərəncama görə yanvarın 1-dən dövlətə məxsus teatrlarda, konsert salonlarında, kinoteatrlarda, muzey və kitabxanalarda, idman obyektlərində, kollektiv tədbirlərdə vokal tamaşalar canlı ifa olunacaq.

Açıqlamada qərarın icrasına görə məsuliyyətin hər bir qurumun rəhbərinə məxsus olduğu və qərarın icrasının nazir Maksutovun özünün həyata keçirəcəyi qeyd olunub.